Azərbaycan Mİlli Konservatoriyası və Naxçıvan Dövlət Universiteti -Birgə Uğurlara gedən yol


   Azərbaycan Milli Konservatoriyası 2001 ci ildən fəaliyyətə başladığı ilk gündən  bu günə qədər Azərbaycan Milli dəyərlərin qorunması üçün bir birindən gözəl layihılərə imza atmışdır.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bu illər ərzində göstərdiyi əzmkarlıq nəticəsində, tələbələrin sayıını artiraraq Konservatoriyada yeni labaratoriyalar açmaqla yanaşı  bu təhsil ocağına Azərbaycan mədəniyyyətinin özəyi, canı olan sənətkarları cəlb etməklə başlamışdır. Sənətkarlar tərəfindən də bu təhsil ocağı sevilir. Burada olan hər bir müəllim buna baris nümunə ola bilər.

Hər açdığımız və içəri daxil olduğumuz auditoriyada bunu görə bilirik.

Bir neçə ay öncə Azərbaycan Milli Konservatoriyası və  Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq məqsədli memarondum imzalanmışdı. Və  hər iki təhsil ocağı internet üzərindən onlayn görüş keçirib, təhsil məsələlərini müzakirə etmişdilər. Naxçıvan Dövlət Universitetinin bu əməkdaşlığa çox böyük ehtiyacı olduğundan söhbət olduqca böyük marağa səbəb olmuşdur. 5.04.2024tarixində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, rektorun müşaviri Riad Quliyev, Populyar  musiqi və caz ifaçılığı kafedrasının müdiri Emil Əfrasiyab  Naxçıvanda səfərdə oldular. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə birgə layihələrin icrası üçün Naxçıvana gedən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ilk olaraq səfər çərçivəsində  Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Milli Konservatoriyasını və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığını çox müsbət qiymətləndirib. Naxçıvan Dövlət Universitetinin çox ciddi platforması olduğunu deyən səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu potensialdan geniş istifadə olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Xalq artisti Siyavuş Kərimi Naxçıvanın mədəni həyatında baş verən inkişaf proseslərini yüksək dəyərləndirərək, bu prosesdə fəal iştirak etmək istədiklərini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə Naxçıvan Dövlət Universiteti ilə ilkin müqavilə imzalanıb. Razılaşmaya əsasən Milli Konservatoriyanın məzunları Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə təmin olunacaqlar. Eyni zamanda qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılacaq. Öz tələbələrini məzun olduqdan sonra belə düşünən rektor Naxçıvan Dövlət Universiteti ilə birgəNaxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı böyük bir layihə üzərində işlədiklərini də bildirib.

Sonra qonaqlar Naxçıvan Dövlət Universitetini ziyarət ediblər.

Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının müdiri Jalə Qulamovanın hazırladığı proqramları Univetrsitetə təqdim ediblər. Orda olan tədris prosesi ilə yaxından tanış olublar Azərbaycan Milli Konservatoriyası olaraq bəzi tövsiyələr verərək, orda olan musiqi təhsilinin inkişafından söz açıblar. Görüşdə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Milli Konservatoriya ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər barədə məlumat verib. Bu halın onlar üçün çox böyük əhəmıyyət kəsb etdiyini vurğulayıb .

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Azərtac və digər saytlara müsahibələr verərkən söyləyib ki :  “Bir neçə ay öncə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası  arasında  anlaşma memorandumu imzaladıq. Həmin sənədə əsasən  tədris, təhsil mübadiləsi, yaradıcılıq sahəsində vacib layihələrimiz nəzərdə tutulur. Budəfəki gəlişimiz onu göstərir ki, bu proses artıq başlayıb. Səfərimizin əsas məramı Naxçıvan Muxtar Respublikasının 100 illik tədbirlərində Naxçıvan Dövlət Universiteti ilə birgə iştirak  etməkdir. Bu tədbirlərin daha yüksək səviyyədə keçirilməsi üçün öz dəstəyimizi göstərəcəyik. Belə birgə layihələr üzərində çalışmaq Azərbaycan mədəniyyətinin xeyrinə  xidmət edir. Bu  işlərə görə böyük qürur hissi keçiririk. Naxçıvan uzunmüddətli blokadada yaşadığı üçün, demək olar ki, mərkəzdən aralı düşüb. Bu gün mədəniyyət, musiqi sahəsindəki məsələləri çözmək üçün Milli Konservatoriya olaraq buradayıq. Naxçıvanda kifayət qədər istedadlı insanlar var. Məqsədimiz həmin insanları cəmiyyətə, bütün ölkəyə təqdim etmək, tanıtmaqdır. Bunun üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Biz Naxçıvan Dövlət Universitetinin, ümumiyyətlə, Muxtar Respublikanın əhalisi arasında özümüzə  çox yaxın dostlar, qardaşlar müəyyən etmişik. İnanıram ki, dostluğumuz uzunömürlü və  əbədi olacaq”.

Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Emil Əfrasiyab, rektorun müşaviri Riad Quliyev  Naxçıvan Dövlət Üniversitetində keçirilən dərslərdə yaxından iştirak edib. Onlar Naxçıvan Dövlət Üniversitetinin Musiqi Kollecində olub, təhsillə yaxından tanış olub, tövsiyələrini bildiriblər.

İncəsənət Fakültələrini  ziyarət etdikdən sonra sənətkarlar Xalq Çalğı Alətləri orkestrini, Buta İnstrumental Ansamblını ifalarını dinləyib., ardından Misiqi təhsili barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan görüşü mənim yaddaşımda bir məqamla qaldı. Bu məqamı sizinlə bölüşmək istəyirəm. Əvvəla bir təhsil ocağının digər ali məktəblərlə ali təhsil ocaqları ilə əməkdaşlığı çox təqdirəlayiq və gözəldir. Yalnız indi Azərbaycan musiqi və incəsənət sahəsində olsan təhsil sisteminin bir başlıca problemi var, o da məzun olduqdan işlə təmin olunmaq. Təyinat artiq formal olaraq unudulduğundan bu çətinliyi hər bir məzun olan istedadlı tələbə yaşayır. Bitirib ayri sahələrə gedənlər də  var. Siyavuş Kərimi dəfələrlə öz çıxışında bu barədə danışır. Təsəvvür edin ki, ali təhsil ocağinda rektorun tələbələrə bu qədər bağlı olduğunun bəlkə ilk kəs şahidi olmuşam.

Siyavuş Kərimi Naxçıvan Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı səfərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşündə Azərbaycan Milli Konservatoriyasını  bitirən istedadlı tələbələrinin işlə təmin olunması barədə düşündüyünü dilə gətirib. Bu fikirlə o həm Naxçıvan Dövlət Universitetinə istedadlı kadrlar verməklə, Universitetin vəziyyətini yaxşılaşdırır.

Həm də tələbələrinin gələcəyini təmin edir, onların məzun olduqdan sonra da gələcək həyatlarının  gözəl etmək barədə  düşünür. Məni bu səfər haqqında ayrıca yazmağa sövq edən nüanslardan biri və ən başlıcası elə budur. Azərbaycan Milli Konservatoriyasının təməlində sevgi və əzmkarlıq dayanır. Ona görə də uğurlarımız uzaqgörən və həmişə aktualdır.

Mən öz növbəmdə  bu əməkdaşlığı uğurla qarşılayıram  və hər iki tərəf üçün gözəlliklərə vəsilə olacağından əminəm.

Aysel Fikrət, 

 AMK-nın mətbuat katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.