Qarabağa həm də dinimizi, imanımızı qaytardıq

Dünya müsəlmanlarının ən müqəddəs bayramı olan Qurban bayramı ölkəmizdə də təntənə ilə qeyd edilir. Mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bayramdır, İslamın humanizm və fəzilətinin təcəssümüdür.
Xalqımızın milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşan Ulu öndər Heydər Əliyev dini inanclarımıza, adətlərimizə xüsusi diqqət ayırırdı. 1994-cü ildə Onun Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkə şəhərinə gəlməsi, müqəddəs Kəbəni ziyarət etməsi də adətlərimizə, dini inanclarımıza dərin hörmətin ifadəsi idi. Heydər Əliyev Kəbə evində namaz qılıb Allaha dua edirdi ki, Qarabağ torpaqları tezliklə işğaldan azad olunsun, öz doğma torpaqlarımıza qayıdaq. Ulu öndərimizin bu gün ruhu şaddır, Onun duaları qəbul olunub.
Qurban bayramı ərəfəsində Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva və ailə üzvlərinin Məkkəyə səfəri zamanı da dualar edərkən əsas arzu və niyyətləri müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Müqəddəs Kəbədə oxunan dualar çox keçmədi ki, qəbul olundu, Cənab Prezidentin və ailəsinin arzuları çin oldu, işğal olunmuş torpaqlarımız azad edildi.
Mehriban xanım Əliyeva Kəbədə olarakən müqəddəs kitabımızı – “Qurani-Kərim”i götürmüş və niyyət etmişdi ki, Qarabağ azad olunanda onu məscidlərimizə hədiyyə edəcək. Onun bu niyyəti də gerçəkləşdi, Mehriban xanımın Gövhər ağa Məcsidinə bağışladığı “Qurani-Kərim”dən ayələr oxunur. Bu, həqiqətən böyük sevincdir, xoşbəxtlikdir.
Bu il hər birimiz üçün Qurban bayramının başqa bir sevinci, xoşbəxtliyi və fəziləti vardır. 30 il idi ki, hər bir azərbaycanlının ülvi niyyəti, duası qəbul olunub. Müstəqil Azərbaycan Respublikası ilk dəfə Qurban bayramını ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün bölgələrində qeyd edir. Bu il ilk dəfə Qarabağda, Kəlbəcərdə yetişdirilən qurbanlıq qoyunlar kəsilir. Bu günləri bizə nəsib edən Rəbbimə şükürlər olsun!
Bu sevinci bizə yaşatdığına, arzu və niyyətlərimizə çatdırdığına görə, Cənab Prezidentə və Mehriban xanıma, qəhrəman oğullarımıza dərin minnətdarlığımı bildirirəm.
Bu Müqəddəs Qurban bayramında əziz Şəhid Analarını və Bacılarını, onların ailələrini, cəsur qazilərimizi, bütün müsəlman dünyasını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Qurban Bayramınız mübarək olsun!
Tanrı Azərbaycanı qorusun!
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.
Bir 1 nəfər, standing və bunu deyən yazı 'Qarabağa ham da dinimizi, imanımızı qaytardıql 1' şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.