Zaman özü sizin cavabınızı verəcək -Vətəndaş sözü

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Zaur Hüseynzadə haqqında yazılmış məqalənin dərcindən artıq 25 gün keçir. Düşünürdük ki, bu müddət ərzində ona ünvanladığımız suallara aydınlıq gətiriləcək. Həmçinin fikirləşirdik ki, yazıçı-jurnalistə aqressiv münasibət bəsləyən bu insanlar etdiyi əməldən peşiman olar, üzrxahlıq edərlər.

Uzun işin uzun təfsilatı – Belə də dekan olur

Həmin universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov haqqında dərc olunan yazı da cavabsız qaldı. Susmaq qızıldır deyiblər. Həm də razılıq əlamətidir. Razı deyillərsə, niyə onların işinə olan tənqidi yazıya münasibət bildirilmir?

Uzun işin uzun təfsilatı – Belə də dekan olar?

Bizi qəsdi-qərəzlikdə, yalan informasiya yaymaqda suçlayan bu insanlar suallardan yayınmaqla insanları çaşdırmağa cəhd edirlər? Bəlkə hərf tanımırlar, latın qrafikası ilə yaza bilmirlər? Bəlkə gördüyümüz  işləri bir iş, bizi isə insan saymırlar? Artıq onlar haqqında nəyə desən inanaram. Bəlkə siyasi kamillik var,   niyyətləri pak olduğu üçün də Elm, təhsil, mədəniyyət portalı ilə debata çıxmağı özlərinə sığışdırmırlar? Bəlkə hansısa qanunları pozuruq, cinayət törədirik, bunları “işləməyə” qoymuruq?

Vətəndaş cəmiyyəti olan yerdə azad söz də olmalıdır. Sözünüzü deyin, düz olmadığımızı cəmiyyətə çatdırın…  Niyə etmirsiniz?

Çox şeylər deyərdik, amma müəllifi olduqları kitabların adını düzgün yaza bilməyən  insanları qınamaqdan belə uzağıq.

Zaman özü sizin cavabınızı verəcək, sadəcə zaman məsələsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.