Peşə təhsili ölkəmizin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü islahatlar peşə təhsilinin rolunun əhəmiyyətli dərəcədə artırılmasına təkan verib.
Peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Peşə təhsili üzrə fəaliyyət göstərən təhsil ocaqları işində yeniliklərə imza atmaqdadır. Bu, son bir neçə ildə ölkəmizdə peşə təhsili alanların sayının əhəmiyyətli dərəcədə artmasında böyük rol oynamışdır. Bu, həmçinin tədris və təlimdə, təhsilin keyfiyyət səviyyəsinin artırılmasında nəzərəçarpacaq nailiyyətlərin əldə edilməsinə də şərait yaratmışdır. Bu işdə Gəncə şəhərində fəaliyyət göstərən 1 nömrəli Peşə Liseyinin də özünəməxsus yeri və rolu vardır.
1 №-li Gəncə Peşə Liseyi – 1939-cu ildən fəaliyyət göstərir, əvvəllər РУ-2, ЖУ-2, sonralar 9 №-li Peşə Məktəbi kimi fəaliyyət göstərən müəssisəmiz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 116 №-li 23 avqust 1996-cı il və Təhsil Nazirliyinin 02 sentyabr 1996-cı il 440 №-li əmrinə əsasən 1 №-li Gəncə Peşə Liseyi statusu almışdır. 2016-cı ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Məzkəzinin I korpusu kimi fəaliyyət göstərir.
1 №-li Gəncə Peşə Liseyi əsasən nəqliyyat sektoru üçün xüsusən – dəmir yolu sahəsi üzrə, sənaye və tikinti sahələri üzrə, avtomobillərin təmiri üzrə, aviasiya mühərriklərinin təmiri üzrə, xalq təsərrüfatının müxtəlif sahələri və özəl təşkilatlar üçün ixtisaslı kadrlar hazırlayır.
Liseyimiz 500 nəfərlik (2 növbəli) 2 mərtəbəli tədris binasından, idman zalı, idman meydançası, 4 – istehsalat emalatxanaları və 150 yerlik yataqxanadan ibarətdir. Liseydə “Elektrovoz maşinistinin köməkçisi”, “Vaqon baxıcısı – təmirçisi” ,”Avtomobillərin təmiri çilingəri – avtomobil sürücüsü”, “Elektrik qaz qaynaqçısı”, “Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik”, “Bərbər – vizajist – manikürçü”, “Rabitə quraşdırıcısı-antenaçı”, “Xarrat – dülgər və parket ustası”, “Kompyuter üzrə operator, dizayner”, “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis” kimi 10 ixtisas üzrə tədris qrupları fəaliyyət göstərir.
Liseydə “Avtomobillərin təmiri üzrə çilingər”, “ Bərbər – vizajist – manikürçü”, “ Xarrat-dülgər və parket ustası”, “Elektrik qaz qaynaqçısı” ixtisasları üzrə 4 istehsalat emalatxanaları fəaliyyət göstərir. Emalatxanalar Təhsil Nazirliyinin xətti ilə yenidən əsaslı təmir olunmuşdur. Qeyd olunmuş emalatxanalar – şagirdlərin tədris və təcrübə keçmələri üçün üçün tələb olunan avadanlıqlar, dəzgahlar, əyani vəsaitlər və müxtəlif alətlərlə təmin olunmuşdur.
Liseydə “Elektrovoz maşinistinin köməkçisi”, “Vaqon baxıcısı – təmirçisi”, “Avtomobillərin təmiri üzrə çilingər”, “ Bərbər – vizajist – manikürçü”, “Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik”, “Kompyüter üzrə operator, dizayner” ixtisasları üzrə 6 xüsusi fənn kabinetləri fəaliyyət göstərir. İxtisas fənn kabinetləri – ixtisasa aid avadanlıqlar, divar stendləri, foto-stendlər, müasir invertar, əyani vəsaitlər, İKT avadanlığı (kompyuter, noutbuk, proyektor), texniki ədəbiyyat və s. ilə tam təhciz olunmuşdur. Bundan əlavə, liseydə ixtisaslar üzrə 9 ümumtəhsil fənn kabinetləri də müəllim və təhsilalanların istifadəsindədir. “Ədəbiyyat və azərbaycan dili”, “Gənclərin çagırışdan qabaqkı hazırlıgı”, “ “Tarix, insan və cəmiyyət”, “İngilis dili”, “Fizika”, “Riyaziyyat”, “Biologiya”, “Kimya”, “Texniki rəsmxətt” kimi ümumtəhsil fənn kabinetləri ixtisasa aid avadanlıqlar, divar stendləri, fotostend lər, müasir invertar, əyani vəsaitlər, İKT avadanlığı (kompyuter, noutbuk), aidiyyatı ədəbiyyat ilə tam təhciz olunmuşdur.
Regionda yalnız liseyimizdə “ Bərbər – vizajist – manikürçü” ixtisası üzrə Təhsil Nazirliyinin xətti ilə “Eldar Studio” – nun iştrakı ilə yeni tipli və müasir tələbatlara tam cavab verən emalatxana 2015-ci ildən etibarən fəaliyyətə başlamışdır.
Liseyimiz şagirdlərin istehsalat təlimlərinin keçmələri üçün Gəncə Lokomotiv Deposu , Gəncə Vaqon Deposu , Gəncə İşarəvermə və Rabitə Distansiyası , Gəncə Aviasiya Təmiri Zavodu, Gəncə “Hunday-Serviz”, “Daşqın-İnşaat” MMC, “Dahau-Texnology” MMC və “Vəfa” gözəllik salonu baza müəssisələri ilə ikitərəfli müqavilə bağlamışdır. Qeyd olunmuş baza təşkilatlarında şagirdlər müvafiq qaydada istehsalat təcrübəsi keçirlər.
Liseyimiz baza müəssisələrinin sifarişi əsasında şagird qəbul planını Təhsil Nazirliyinin qəbul qaydalarına əsasən tam yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsidə liseyimizə 61 ədəd kompyuter, 34 ədəd noutbuk, 11 ədəd printer, 26 ədəd proyektor və s. avadanlıqlar və 400 ədəd latın qrafikasında nəşr olunmuş yeni kitablar verilmişdir. Lisey 5 ədəd elektron lövhə, texniki avadanlıqlar, müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün texniki vəsaitlər, divar stendləri, divar portretləri və s. ilə, idman sahəsi üzrə isə 4 ədəd yeni trenajor qurguları, geyim və digər idman ləvazimatları ilə təmin olunmuş, lisey Təhsil Nazirliyinin xətti ilə carı ilin noyabr ayında tam şəkildə təhlükəsizlik kameraları ilə təhciz olunmuşdur. Liseyin bütün ixtisas və ümumtəhsil fənn siniflərində “Epson” və “Acer” tipli proyektorlar quraşdırılmışdır.
2017-ci ilin May ayında liseydə aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. 2 mərtəbəli inzibatı bina, 4 mərtəbəli yataqxana əsaslı təmir olunmuş, liseyin ərazisində abadlıq işləri aparılmışdır.
Abbas Məmmədov, Gəncə şəhər 1 nömrəli Peşə Liseyinin direktoru.