Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz sosial qayğısını, himayəçiliyini, humanizminin Azərbaycandan kənarda, dünyanın hüdudsuz bölgələrində gerçəkləşdirir, bəşər sivilizasiyasının tərəqqisinə köməyini əsirgəmir. Onun çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb.
Azərbaycanda xeyriyyəçilik və mesenatlıq ideyalarının bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə genişmiqyaslı aksiyalara yönəldilmiş fəaliyyətiniz təkcə Azərbaycanda deyil, Rusiyada da ictimai təşkilatlarda böyük əks-səda doğurmuşdur. Onun 2005-ci il iyunun 9-da “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif edilməsi də məhz mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymət idi.
2006-cı il mayın 27-də Mehriban Əliyevanın “Qızıl ürək” beynəlxalq mükafatı ilə mükafatlandırılması genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, verilən ən yüksək dəyər hesab edilə bilər.
Mehriban Əliyeva Azərbaycanla bir çıra ölkələrin elmi-mədəni, humanitar, ictimai-siyasi münasibətlərinin inkişafına dərin töhfələr verir. Onun Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı rolu da xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilməsi də bu baxımdan mühüm ictimai hadisə kimi qiymətləndirilməlidir.
Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənmsəində də xidmətləri xüsusi rol oyanamaqadadır. Bu yüksək xidmətlərə verilən yüksək diqqətin nümunəsi kimi Mehriban xanım Əliyeva Fransa Respublikası
Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban dünyada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsində də fəal iştirakı ilə seçilir, UNESKO-nun xoşməramlı səfiri kimi mühüm layihələrin gerçəkləşmsəinə nail olur. Onun
YUNESKO-nun “Qızıl Motsart” medalı ilə mükafatlandırılması da bu fəaliyyətə verilən yüksək dəyərdir.
Heydər Əliyev Fondu Macarıstanda da təhsil, sosial, səhiyyə sahələrində uğurlu layihələrə imza atmışdır. Humanitar sahədə həyata keçirilən layihələr macar hökuməti tərəfindən yüksək dəyərləndirilmiş, 2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilmişdir.
Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında da fəal iştirak edir. Onun dövlətlərarası münasibətlərin möhkəmləndirilməsindəki bu xidmətləri İtaliya hökuməti tərəfindən yüksək qiymərləndirilmiş, Mehriban Əliyeva İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişdir.
Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fond 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlamış, Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilmişdir. Mehriban Əliyeva Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə layihələr həyata keçirmişdir. Azərbaycanın Birinci xanımının sosial və humanitar sahədə həyata keçirdiyi layihələr Pakistan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmiş, Pakistanın “Hilal-e Pakistan” ordeni təltif edilmişdir.
Onun beynəlxalq idman yarışlarının təşkilində yükəsk təşkilatçılıq qabiliyyəti də dünyanın nüfuzlu təşkilatları tərəfindən yüksək dəyərləndirilib. Mehriban Əliyevanın Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatına layiq görülməsi Onun əməyinə verilən xüsusi dəyərdir.
Azərbaycanın Birinci xanımı Avropada Olimpiya hərəkatına verdiyi töhfəyə görə də, yüksək mükafatla təltif olunub. 2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.
Son illər Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə intensiv siyasi dialoq gedir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlıq inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın Birinci xanımı bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xüsusi xidmətlərə malikdir. Onun tolerantlığa, sivilizasiayalar arası dialoqa, digər xalqların milli-mənəvi, dini dəyərlərinə olan yüksək diqqəti beynəlxalq səviyyədə təqdir olunur. Mehriban xanımın Rusiayanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması da tolerantlığa verdiyi töhfənin ali dəyəridir.
Birinci vitse-prezident Mehriban Əliyevanın 2019-cu il avqustun 9-da Rusiya Federasiyasının növbəti ali mükafatı – “Dostluq” ordeni ilə təltif olunması növbəti beynəlxalq ictimai titul hesab oluna bilər.
Mehriban Əliyeva həm də Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.
Bunlar Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir çox dövlətlərin və beynəlxalq təşkilatların ali orden və mükafatlarına layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanmışdır.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.