Yeni ümidlərin, nikbin Gələcəyin partiyası…

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradılması Azərbaycanın siyasi həyatında və dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.
Azərbaycanın ən güclü siyasi təşkilatı kimi ən yeni tariximizin 27 illik dövrünə möhür vuran olan, yüzminlərin siyasi əqidəsinin monolitliyinin və milyonların etimadının vəhdəti olan YAP-ın fəaliyyət fəlsəfəsinin əsas hədəflərindən biri Güclü Azərbaycanın iqtisadi inkişafına öz töfhəsini verməkdir. Partiyamız Azərbaycanın inkişaf şüarı olan «müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır.
… Partiyamızın Gücü dövlətimizin Gücüdür. Partiyanın hər bir üzvü yorulmadan və səylə çalışaraq Partiyamızın Sədri, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin uğurla həyata keçirilməsində və qarşıya qoyduğu hədəflərə layiqincə çatıb.
… YAP-ın ideyası, təşəbbüsləri, siyasi və iqtisadi platformasında əks olunmuş hədəfləri dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın iqtisadi tərəqqisinə xidmət edir.
… YAP respublikamızda siyasi və iqtisadi sabiliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində inamlı və inadlıdır.
… YAP hər zaman İnkişaf edən, Müasirləşən, Yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşməkdədir. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının ahənginə uyğun müasirləşən partiya aparılan yeni islahatların ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.
… YAP Sədri Cənab İlham Əliyevin və YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara nail olmaqdır. Bu çətin və məsuliyyətli Yolda Partiya üzvlərinin də məsuliyyəti artır, milli və vətənpərvər kadrların üzərinə böyük yük düşür.
… YAP yeniləşən idarəetmənin, islahatların fəlsəfəsinə uyğunlaşaraq inkişafa töhfəverici rolunu artırmaqdadır. Bu gün həyat daha da dinamikləşir, YAP müasir azad düşüncəli insanların daha dinamik fəaliyyəti ilə yeni-yeni uğur hekayələrinə imza atmağa qadirdir.
… YAP sabahların, yeni ümidlərin, nikbin Gələcəyin partiyasıdır. Gələcəyin etibarlı qarantı və sütunu gənclərdir. Partiyada aparılan gəncləşmə siyasəti də təsdiqləyir ki, YAP strukturlarında istedalı və vətənpərvər, işgüzar, çalışqan və yeni fikirli insanlara geniş Yol açılmaqdadır. Bu, dövlət siyasəti ilə partiya siyasətinin ahənginə uyğun olaraq vəhdət təşkil edərək qarşısıalınmaz prosesə çevrilməkdədir. Müasir təhsilli və təfəkkürlü yeni nəsil, gənclik Azərbaycanın inkişafı ilə birgə addımlayaraq həm də YAP-ın güclü nüfuzunun möhkəmlənməsində yorulmadan töhfə verəcəkdir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.