Gəncə Dövlət Dram Teatrının səhnəsində Con Patrikin “Qəribə missis Sevic” adlı tragi-komediyasının daxili baxışı keçirilib.
Bu barədə Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə tamaşanın quruluşçu rejissoru, Gəncə Dövlət Dram Teatrının Baş rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatıçısı isə Sevda Əliyevadır.
Anar Burcəliyev həmçinin bildirib ki; “Tamaşanın süjet xəttinə gəldikdə isə əsərin baş qəhrəmanı milyoncu dul qadın Etel Sevic (Xalq artisti Pərvanə Qurbanova) insanların qəribə arzularının yerinə yetirilməsinə köməklik göstərməsi üçün fond yaradır. Ögey övladları onun bu hərəkətini öyrəndikdən sonra missis Sevici “Sakit məkan” adlı psixiatrik klinikaya yerləşdirərək onu qəyyumluğa götürürlər. Hadisələr də məhz bundan sonra başlayır” – deyərək bildirib.
Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlar – Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova və Rauf Hüseynov ifa edirlər. Tamaşanın yaxın günlərdə ictimai baxışının keçiriləcəyi bildirilib.