Yeni subsidiya qaydaları və EKTİS-də qeydiyyatla bağlı təlimçi qrupları formalaşdırılır

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində  (EKTİS) qeydiyyatla bağlı təlimçi qruplarının formalaşdırılması prosesi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov və  Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Nazirlik əməkdaşları və ADAU rektoru İbrahim Cəfərovla birlikdə yeni təlimçi qruplar ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydalarının kənd təsərrüfatı istehsalçılarına izahı, bütövlükdə təlimlərin təşkilinin metodikası barədə ətraflı məlumat verilib, təlimçilərin nümunəvi təqdimatları dinlənilib, suallar cavablandırılıb, habelə rayonlar üzrə təlimlərin qrafiki müzakirə olunaraq təsdiq edili.

Qeyd edək ki, yeni təlimçi qrupları ADAU, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (HETİ), həmçinin Gəncə və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (RAEİM) əməkdaşlarından ibarət olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.