“Təbiət və biz” gənc mütəxəssis Məhəmməd Adiyevin qələmə aldığı ilk kitabdır.
Bu kitab ölkəmizdə ekoloji mövcud problemlərə və onun həlli yollarına, dövlətimiz tərəfindən bu sahədə görülən mühüm və təxirəsalınmaz işlərə həsr olunub.
Müəllif ekoloji mədəniyyətin formalaşdırılması yolları, gənc nəslin təlim-tərbiyəsində ekoloji maarifləndirmə haqda düşüncələrini bölüşür, bir mütəxəssis kimi gördükləri işin ekologiyanın qorunub saxlanılmasında mühüm və vacib əhəmiyyətindən söz açır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Adiyev Məhəmməd Balamir oğlu 1991-ci ildə Yardımli rayonunun Bərcan kəndində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmuş, Ekologiya və Ətraf mühitin mühafizəsi ixtisasına yiyələnmişdir. Hal-hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində çalışır. Mütəmadi olaraq ixtisası üzrə məqalələri ilə dövri mətbuatda yazılar ilə çıxış edir. Təbiətin mühafizəsi və qorunması, ekoloji problemlər və onların aradan qaldırılması yolları kimi mövzular bu yazıların qayəsini təşkil edir.
“Təbiət və biz” yaxın günlərdə nəfis tərtibatda oxucuların ixtiyarına veriləcəkdir.
Gənc müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Etmtv. news
Ugurlar. Təbiəti dəyərləndirən hər kəsi Allah sevir və dəyərləndirir