Yazıçılar Birliyinin qurultayı Şuşada keçiriləcək

Yazıçılar Birliyinin növbəti qurultayı Şuşada keçirilə bilər. Bu təşəbbüslə yazıçı Anar Prezident İlham Əliyevlə Şuşada görüşündə çıxış edib.

Dövlət başçısı Anarın təşəbbüsünü müsbət qarşılayıb: “Bəli, keçirin. Burada qurultayı keçirmək üçün yer də var”.

Anar isə öz növbəsində xaricdən qonaqların da olacağını bildirib və Prezidentə təşəbbüsü müsbət qarşıladığı üçün təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.