“Yay məktəbi”nə mediatur təşkil edilib

İyunun 21-də Sumqayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərə “Yay məktəb”i çərçivəsində mediatur təşkil edilib.

Mediaturun təşkilində məqsəd media nümayəndələrini bu ildən ümumi təhsil müəssisələrində təşkil edilən “Yay məktəbi” çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

Mediatur iştirakçıları hər iki “Yay məktəbi”ndə yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.

“Yay məktəbi” çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də izlənilib. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak edib.

Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışıb, uğur sirrini onlarla bölüşüb. Toğrul Səməd öz növbəsində maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşüb.

Daha sonra şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mediatur iştirakçılarına məlumat verilib ki, “Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.

Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.