“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə layihənin tətbiq olunduğu Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli, C.Cabbarlı adına 6 nömrəli, N. Gəncəvi adına 11 nömrəli, N.Aydın adına 18, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəblər və I.Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Yay məktəbi” keçirilir.
Etmtv. news xəbər verir ki, Yay məktəbinin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
Yay məktəbinin proqramına əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, eyni zamanda, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.
Məktəblinin dostları Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım”, “Yol hərəkəti qaydaları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, ”İnternet təhlükəsizliyi, “Düzgün danışıq, nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” kimi mövzuları əhatə edən maarifləndirici təlimlər həyata keçirirlər.
”Məktəblinin dostu” layihəsinin təşkil etdiyi “Yay məktəbi” iki ay müddətini əhatə edir.
“Yay məktəbi” üçün ümumilikdə 489 nəfər qeydiyyatdan keçib ki, onlarda. 299 nəfəri V-VI sinif, 190 nəfəri i VII-VIII sinif şagirdidir.



