Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Yaxşı kitab ömürlük dostdur” adlı onlayn söhbət keçirib.
Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamladı və kitabın insan həyatında olan rolundan söhbət açdı. Qeyd etdi ki, kitab bilik mənbəyidir, kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəmizi artırır, dünyaya olan baxışımızı və ətrafda baş verən hadisələrə doğru qərar verməyimizə kömək edir. Kitab oxumaq bizi məqsədimizə çatdıran vasitədir.
-“Kitab insanın ən yaxın dostu və əzizidir. Həyatda var olmaq üçün, düzgün yaşamaq, insanlarla münasibət qurmaq və ən nəhayət dünyanı səyahət etmək üçün insanın ən birinci dostu elə kitabdır”.- Ellada Rəhimova bildirib.
Tədbirdə iştirak edən 26 sayl fizika-riyaziyyat və informatika təmayüllü məktəbin təşkilat rəhbəri Aytəkin Nəzərova öz çıxışında kitabın bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olduğunu bildirib. -“Kitab oxumaq bizi hazırcavab və söhbətcil edir. Hər bir bədii kitabı oxuduqca insan bir pillə ucalır”- Aytəkin Nəzərova görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonda uşaq kitabxanasının oxucuları və 26 sayl məktəbin şagirdləri kitablar haqqında maraqlı fikirlər söylədilər.