Süni intellekt hazırki sürətlə inkişaf edərsə, 50-100 il sonra insan zəkasını geridə qoya bilər.
Etmtv. news Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın “Fujisoft” şirkətinə məxsus “Parlo” adlı robotu hazırlayan komandanın rəhbəri Naoki Suqimoto deyib.
“Süni intellekt o səviyyə gələcək ki, artıq sünilikdən və robotluqdan çıxıb yeni bir insan növü olacaq. Belə bir dönəm olacaq. Lakin 50-100 il sonra… Bundan qorxmaq lazım deyil. Sadəcə ciddi yanaşmaq lazımdır”, – deyə alim bildirib.