“Xocalının səsi” qəzetinin 300-cü buraxılışı münasibətilə ümumrayon tədbiri

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 №-li Uşaq Musiqi Məktəbinin akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon Mədəniyyət evi, “Xocalının səsi” qəzetinin əməkdaşları, rayon ziyalıları iştirak etdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin sədaları altında başlandı.

Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva “Xocalının səsi” qəzetinin yaranma tarixindən və fəaliyyətindən danışdı. Qeyd etdi ki, rayonumuzun tək və aparıcı mətbuat orqanı olan “Xocalının səsi” qəzeti yarandığı ilk gündən Qarabağ həqiqətlərini işıqlandırmağa başlamışdır.

“Xocalının səsi” qəzetinin mərhum redaktorları çətin vəziyyətlərdə fədakarlıq göstərərək qəzetin fəaliyyətini davam etdirə bilmişlər. Sonra “Xocalının səsi” qəzetinin mərhum redaktorları və əməkdaşları bir dəqiqəlik sükutla yad edildi. “Xocalının səsi” qəzetnin redaktoru Qalib Qəyməmmədoğlu məruzə ilə çıxış edərək qəzetin ilk yarandığı gündən indiyə qədər olan fəaliyyətindən, mərhum redaktorların əməyindən, ölkə başçının milli mətbuatımıza verdiyi dəyərdən danışdı.

Sonda “Xocalının səsi” qəzetinin 300-cü buraxılışı münasibətilə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun Fəxri Fərmanı ilə təltif edildi.

Tədbir “Xocalının səsi” qəzetinin 28 yaşını doğma Xocalıda qeyd etmək arzusu ilə yekunlaşdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.