Bu gün Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalında Xocalı Soyqırımı ilə əlaqədar “Xocalı qisas çağırışı, fəryad səsidir” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə GDU-nin Tarix kafedrasının dosenti Hüseyin Bəxtiyarov, kitabxananın fəal oxucusu jurnalist İmamverdi Vəliyev, GDU və ADAU-nun tələbələri, 4,5 və 6 saylı, Göygöl rayon Qızılca kənd Raquf Rzayev adına orta məktəb şagirdləri, kitabxananın oxucuları iştirak edirdi. Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan və bizi 27 il zaman məsafəsinin ayırmağına baxmayaraq (bu da bir çəkilməz dərddir),amansızlığına, qəddarlığına görə analoqu olmayan, bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş, yaddaşımızın qan sızlayan, ağrısı kəsilmək bilməyən Xocalı soyqırımı haqqında , o məşum günlərdən danışan ,MKS-nin direktor müavini Fəridə Qədimova sözü GDU-nun tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarova verdi. Hüseyn müəllim oxuculara Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Hüseyn müəllim də, İmamverdi müəllim də yeniyetmə və gənc oxuculara düşmənə qarşı barışmaz, cəsarətli və qorxmaz olmağı, heç zaman unutqan olmamağı tövsiyə etdilər. Eyni zaman da vurğuladılar ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyıqımı barəsində gənc nəslə, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. Şagirdlər mövzuya, vətənə,vətənpərvərliyə, qəhrəmanlığa dair şeirlər “Xocalı qırğını, Xocalı hüznü” başlığı altında ədəbi- bədii kompozisiyalar nümayiş etdirildi.
Tədbir boyu Xocalı Soyqırımından bəhs edən videoçarx nümayiş etdirildi.