Xeyirxahlığın, Azərbaycançılığın bənzərsiz nümunəsi

.. Hər zaman xeyirxahlığın, nəcibliyin, xoş əməllərin ünvanı kimi insanlara madii və mənəvi dayaq olan Heydər Əliyev Fondunun əlamətdar bayramlarda aztəminatlı ailələri sevindirməsi isə artıq ənənə halını alıb. Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bütün bayramlarda, əlamətdar günlərdə aztəminatlı ailələrə həssaslıqla yanaşaraq onların sosial ehtiyaclarını qarşılayır, onların sevincinə şərik olur. Respublikanın rayon və şəhərlərində sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur, onları arzu və istəkləri dinlənilir.
… Fond möhtəşəm amallarına sadiq qalaraq 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində də sosial missiyasını davam etdirməkdədir. Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində respublikamızın bütün bölgələrində aztəminatlı ailələrə bayram sovqatları çatdırılmaqdadır. “Mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir”. Bu, Onun həyatda bənzərsiz xeyirxahlığının səmimi ifadəsidir.
… “Çalışmışam ki, hər zaman öz fəaliyyətimdə bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir” deyən Mehriban Əliyevanın xeyirxah əməllərinin xoş nümunəsi olan bayram tədbirləri bütün ailələri bayram süfrəsi arxasında birgəliyə, həmrəy olmağa səsləyən rəmzi məna daşıyır. İmkansız insanlar daim onun rəhbərlik etdiyi Fondun diqqət və qayğısındadır. Onun qapısını döyən hər bir kəsə kömək edilir. Əslində bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxsin Mehriban Əliyeva olması insanların ona olan böyük inam, etimad və sevgisinin göstəricisidir. Bu gün sadə insanlar ona mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxırlar!
… On minlərlə ailəni əhatə edən bi nəcib tədbir imkansız ailələrin ikiqat bayram sevincinə səbəb olur, onlar dövlətin humanizmi sayəsində Dünya azərbaycanlılarının həmrəyliyinə güc qatır. Eyni zamanda, bu cür layihələr aztəminatlı ailələrin dövlətə olan inamını artırır, Prezidentə və Birinci Vitse-prezidentə olan möhtəşəm etimadı artırır.
… Azərbaycanın Birinci xanımının bu yönümdəki xeyirxahlıq missiyası bir ailənin, kəndin, yaxud şəhərin çərçivəsindən çıxaraq daha geniş miqyas alıb. Mehriban xanım Əliyeva bütün Azərbaycan xalqının xeyirxahı, həmdəmi, qayğıkeşidir. O, hamıya kömək etməyə, yaxşı işlərdə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan Birincidir.
… Mehriban xanım hər il uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir, Qurban və Ramazan bayramlarında, eləcə də digər əlamətdar günlərdə uşaq və qocalar evlərinə, internat məktəblərinə, aztəminatlı ailələrə bayram hədiyyələri göndərir, konsert proqramları təşkil edir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
… Fondun Prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın milli-mənəvi dəyərlərimizə olan yüksək ehtiramı və nəcib əməllər sadiqliyi geniş vüsət almaqdadır. Bu missiya insanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edir, onların niyyətləri ilə həmrəy olduğumu nümayiş etdirir.
… Bu cür layihələr bir daha Heydər Əliyev Fondunun zəngin milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideyasına olan dərin ehtiramın, Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi sərvətlərimizə olan sonsuz hörmətin nümunəsidir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.