Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamına əsasən 27 dekabr 2021-ci il tarixində tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə Dövlət Rəsm Qalereyasında Azərbaycanın görkəmli rəssamı, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.
Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, direktor əvəzi, dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhbubə Həsənova Mikayıl Abdullayev yaradıcılığı haqqında geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra gənc sənətşünas Fidan Böyükbabalı Mikayıl Abullayevin yaradıcılıq ənənlərindən geniş şəkildə məruzə ilə çıxış etdi. O məruzəsində qeyd etdi ki, rəssam imperssionizm cərəyanınında əsərlər yaratmışdır. Mikayıl Abdullayev avropa və Azərbaycan millli rəngkarlıq ənənlərini öz əsərlərində ustalıqla sintez etmişdir. SSRİ-də keçirilən müxtəlif tədbir və sərgilərdə iştirak edən fırça ustası doğma diyarın milli-mənəvi dəyərlərini, Azərbaycan təbiətinin koloritini özündə ehtiva edən əsərləri ilə ölkəmizi təbliğ etmişdir.
Mikayıl Abdullayevin yaradıcılığından onlarla elmi mühazirə və elmi tədqiqatlar hazırlamaq olar. Mikayıl Abdullayevin əsərlərində tolerantlıq və multikulturalizm ənənlərinə rast gəlinir. Mikayıl Abdullayev 2002-ci ildə avqust ayının 21-də 80 yaşında vəfat edib. O gözlərini həyata əbədi olaraq yumsa da zəngin yaradıcılıq irsi hər zaman mədəniyyətimizin ən qiymətlilər cəvahiratıdır.


