Dünən, 28 avqustda Xalq artisti, qocaman teatr və kino aktyoru Ələkbər Seyfinin Gəncə şəhəri, Heydər Əliyev prospekti 301-309 ünvanında yaşadığı binanın önündə xatirə-baralyef lövhəsinin yenidən bərpa edilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının Humanitar məsələlər üzrə müavini Vəfa xanım Abbasova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Gəncə Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov, teatrşünas-tənqidçi Anar Bürcəliyev eləcə də Ələkbər Seyfinin ailə üzvlərindən nəvəsi Nərgiz Məlikova, nəticələri Cavid Məlikov və Fərid Məmmədov iştirak etmişlər. Tədbir iştirakçıları yenidən xatirə-baralyef lövhəsinin bərpa olunduğu üçün Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı, cənab Niyazi Bayramova minnətdarlıqlarını bildirmişlər.