“Xəmsə” Rəqs Ansamblı “Kəpəz” Kubokunun qalibi olub

“Xəmsə” Rəqs Ansamblı “Kəpəz” Kubokunun qalibi olub
“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyinin nəzdində olan “Azərbaycan Rəqs Assosasiyası”nın təşkilatçılığı ilə 28 yanvar 2024-cü il tarixində Gəncə şəhərində “KƏPƏZ” Rəqs Kuboku müsabiqəsi baş tutub. Müsabiqə Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Müsabiqəyə Bakı və Gəncə şəhərləri, Ağstafa, Zaqatala, Lənkəran, Qax, Şəki və digər bölgələrdən olan rəqs qrupları iştirak edib.
Müsabiqədə Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Rəqs Ansamblı 5 rəqs nömrəsi ilə çıxış edərək birinciliyi əldə edib. Eyni zamanda, ansambl “Qran Pri” mükafatına layiq görülərək 2024-cü ilin Azərbaycan Kuboku – Çempionlar Liqasında iştirak hüququ qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.