“Vaxtilə Gəncədə olan Müəllimlər İnstitutunun Gəncə-Daşkəsən bölgəsindəki zəif nəticələrə təsiri var”

Bir neçə gün əvvəl təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən müəllimlər daha çox Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrində çalışanlar olub.

Bu məlumatdan sonra “rayondakı müəllimlərin bilik səviyyəsi aşağıdır” fikirləri yenidən aktual oldu.

Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrindəki müəllimlərin nəticəsi nə üçün belə olub?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov jurnalistlərə danışıb.

“Vaxtilə Gəncədə Müəllimlər İnstitutu fəaliyyət göstərib və institutun fəaliyyətindəki problemlə bağlı mətbuatda kifayət qədər məlumat işıqlanıdırılıb. Hesab edirəm ki, bu məsələnin hazırkı statistikaya müəyyən mənada rolu var. Əvvəl də demişəm, sertifikasiyanı bir çıxış yolu kimi indi görürük.  Amma buna paralel olaraq biz təhsilin keyfiyyətini və məzmunu artırmalıyıq. Digər bir məsələ isə mən düşünürəm ki, işinə xitam verilən müəllimlərlə bağlı, onların, həyat şəraiti ilə də bağlı ciddi düşünməliyik. Yəni bu insanlar ailə sahibləridir, bunların övladları var. Bunları biz taleyin ümidinə buraxmamalıyıq. Əgər bunlar məktəblərə gəliblərsə, savadsızdırlarsa, bunun məsuliyyətini yalnız onlar daşımır. Həm də zamanında onları işə qəbul edənlər də məsuliyyət daşıyır”.-deputat deyib.

Təhsildə güzəşt elə də yaxşı söz deyil, təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir.

Bunu isə yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil.

“Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq”.

Nazir deyib ki, 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək ağırdır, amma başqa yol yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.