Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində anınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Kraps olduğu bildirilib.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.