“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Gənclərin Natiqlik Düşərgəsi başa çatıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyivə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə 11-16 avqust tarixlərində Qusarda həyata keçirilən Gənclərin Natiqlik Düşərgəsi başa çatıb.

Gənclərin Natiqlik Düşərgəsinin əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi və onların yeni bilik, bacarıqlar əldə etməsinə dəstək olmaqdır.

5 gün davam edən düşərgə çərçivəsində birinci gün “şəbəkələşmə”, “komanda quruculuğu” oyunları, ikinci gün peşəkar təlimçilər tərəfindən “nitqin strukturu”, “effektivnitq”, “verbal və qeyri-verbal natiqlik” mövzularında təlimlər, üçüncü gün peşəkar Yüksəliş müsabiqəsinin qalibi Mehriban Nəzərova ilə “Karyerada natiqliyin rolu” mövzusunda görüş, peşəkar təlimçilər tərəfindən “debat və onun formatları” mövzusunda təlimlər, müxtəlif idman çempionatları, dördüncü gün komanda şəklində və təkbətək debatlar, beşinci gün isə Qusarın Laza şəlaləsinə yürüş və “Code Tusi” intellectual komanda oyunu təşkil olunub.

Natiqlik Düşərgəsinin bağlanış mərasimində fəal gənclər, keçirilən müsabiqələrin qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunub.

Surayə Rzayeva,
İctimaiyyətlə Əlaqələr üzrə menecer.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.