Qobustan Milli Tarix-Bədii Qoruğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil edilib.
30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, qayaüstü rəsmlərdə əks olunmuş ov, döyüş və rəqs səhnələri ilə tanış olublar.
Ziyarətçilər dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, aparılmış arxeoloji qazıntılar, qədim insanların həyat tərzi və s. haqqında məlumatlandırılıblar.
Ekskursiya xoş anlarla yadda qalıb.