Elman Əliyev İncəsənət Qimnazıyasının Teatr şöbəsinin aparıcı rejissorlarından biridir. Öz işinin vurğunudur. Yalnız poeziyaya vurğunluq onu gənclik illərindən müşayət etmişdir. O cəmiyyətdə baş verən hadisələrə müxtəlif janrlarda münasibət biildirməyi sevir. Şagirdlərlə hazırladığı tamaşalara özü ssenari yazır.
Yaradıcılığı bu sahədə davam etməkdədir.Bu şeirlər də onun düşüncələrinin məhsuludur. O öz şeirlərində Şuşa həsrətini, vətən sevgisini və düşmənə nifrətini qabarıq şəkildə çatdıra bilmişdir.
Bİz də öz adımızdan şagirdlərin maariflənməsində böyük rolu olan Təvəzökar və gözəl müəllimə uğurlar arzulayırıq.
Onu da qeyd edək ki, Elman Əliyev Azərbaycan Milli Konservatoriya tərkibində Teatr Şöbəsinin müəllimi, 1-ci Qarabağ müharibəsi veteranı və Laçın rayon sakinidir.
Sən azadsan, əziz Şuşa!
Bax, duman çəkilir, görünür Şuşa.
Durna qatarları qayıdır qoşa.
Mən bu gözəlliyi etdim tamaşa,
Bu gün sən azadsan, ey əziz Şuşa!
İki yüz yetmişdir tarixdə yaşın.
Min qovğalar görmüş, dərd çəkmiş başın.
Qanlarla sulanmış torpağın-daşın,
Bu gün sən azadsan, ey əziz Şuşa!
Neçə dahi dühaları yetirdin.
Bülbül, Nəvvab, Üzeyiri gətirdin.
Zirvələrdə Xarı bülbül bitirdin,
Bu gün sən azadsan, ey əziz Şuşa!
Qartallar zirvəyə dönüb qondular.
Şəhidlər ölümsüz olub dondular.
Vətən sevgisiylə oda yandılar.
Bu gün sən azadsan, ey əziz Şuşa!
Ata vəsiyyəti heç yaddan çıxmaz:
“Unutma, Şuşasız qələbə olmaz.”
Baş komandan olsun, gözlərmi dolmaz?
Bu gün sən azadsan, ey əziz Şuşa!
Haydı halaya dur Cıdır düzündə.
Qızlar bəxt sınasın bulaq gözündə.
Kədəri sil, sevinc görüm üzündə,
Bu gün sən azadsan, ey əziz Şuşa!
07.05.2022
Əyilmədin, ulu millət!
Qoca Şərqdə ilk bağımsız cümhuriyyət quran sənsən.
Türklük mərdlik qalasıdır, o qalanın qaşı sənsən.
İnsanlığın, sadəliyin, comərdliyin başı sənsən.
Çəkdin zillət, ruhun qeyrət, əyilmədin, ulu millət!
Məmmədəmin, Fətəli xan qurdu özgür bir məmləkət.
Azadlığa, hürriyətə qovuşdurdu bu hərəkat.
Qolundakı zəncirləri, buxovları çeynə, qır, at.
Çəkdin zillət, ruhun qeyrət, əyilmədin, ulu millət!
Cümhuriyyət bayrağını öpüb göyə qaldıranlar,
Millətimin Heydər kimi dahisi var, dühası var.
Ulu öndər davamçısı İlhamıma Tanrıdır yar.
Çəkdin zillət, ruhun qeyrət, əyilmədin, ulu millət!
Bu gün zəfər döyüşünlə bir kəs ucaltdın bayrağı.
Baş komandan qətiyyəti bir zirvədi – Şuşa dağı.
Dəmir yumruq zərbəsini yedi, dizə çökdü yağı.
Yenilməzsən, ruhun qeyrət, əyilməzsən, ulu millət!
23.04.2022
Düşməni tanı, millət!
Xocalının ahı böyük, cücərən dərd solmayıbdı.
Günahsızlar şaqqallanıb, çiyində baş qalmayıbdı.
Belə qətyam, zülüm, sitəm yer üzündə olmayıbdı.
Unutqanlıq sonu zillət, tapdanacaq yenə qeyrət.
Faciəndən dərs çıxarıb, düşmənini tanı, millət.
Qan-yaş axıb, dərd boylanıb qanlı qarı dəlib çıxıb.
Ah-nalələr sinə yazıb fəryad edib, eli yıxıb.
Bu canilər körpələri oda atıb, şişə taxıb.
Unutqanlıq sonu zillət, tapdanacaq yenə qeyrət.
Faciəndən dərs çıxarıb, düşmənini tanı, millət.
Unutma sən əsir düşən, girov gedən bacıları.
Meşələrdə qan içində çılpaq qalan o acları.
Xatırla ki, daha bir də yaşamayaq acıları.
Unutqanlıq sonu zillət, tapdanacaq yenə qeyrət.
Faciəndən dərs çıxarıb, düşmənini tanı, millət.
Yadına sal yüz illərlə başımıza gələnləri.
Erməniyə qardaş deyib, özünə dost bilənləri.
Barı indi xatırlayaq qətyamları, ölənləri.
Unutqanlıq sonu zillət, tapdanacaq yenə qeyrət.
Faciəndən dərs çıxarıb, düşmənini tanı, millət.
Zülm ərşə dirənmişdir, xalq birləşib tapdı təpər.
Baş komandan əmr eylədi, qırx dörd günə çaldıq zəfər.
Tarix yazdı şəhid qanı, sözün dedi Türk oğlu ər.
Unutqanlıq sonu zillət, tapdanacaq yenə qeyrət.
Faciəndən dərs çıxarıb, düşmənini tanı, millət.
24.02.2022
Son zəng
Bu gün pərvaz edib uçmalıyıq biz,
“Son zəng” sədasıyla hərə bir yana.
Həyat yollarımız ya yoxuş, ya düz,
Şən məktəb həyatı yetişib sona.
Dünən uşaq idik, bu gün gənc olduq.
Oxuduq, öyrəndik, kamala dolduq.
Qaynaşıb, dostlaşdıq, ayrılıb solduq.
Şən məktəb həyatı yetişib sona.
Xatirələr şirin, duyğular acı.
Kövrəlmə qardaşım, ağlama bacı.
Məktəb müqəddəsdir, müəllim baş tacı.
Şən məktəb həyatı yetişib sona.
Demə ayrılırıq, bu son görüşdü.
Müstəqil həyata bu bir dönüşdü.
“Son zəng” gələcəyə ilk yüyürüşdü.
Şən məktəb həyatı yetişib sona.
21.03.2022
Elman müəllim sizə can saqliqi və uğurlar diləyirəm.