Ulu Göyçə, Azərbaycan torpağına ta qədimdən bu günə kimi bir çox söz xiridarları bəxş edib. Bu şairlər hər mövzuya ən incə nöqtəsinə qədər toxunublar. Müqəddəs sözdən layiqincə istifadə ediblər. Ancaq iyirminci əsrin sonlarında bu bir qədər dəyişdi. Belə ki, Göyçə mənfur düşmənlərin işğalına məruz qaldıqdan sonra, qələm əhlinin ağrılı günləri başladı. Onlar daha dağların füsunkar gözəlliyinə, gözəllərin nazına, bülbülün xoş avazına, qoşmalar qoşmur, el şənliklərində qıfılbəndlər deyib, saz çalıb oxumurlar. İndi o qələm əhli, hətta qələm tutmayanlar da qələmə sarılıb ürəklərinin ağrısını, vətən həsrətlərini vərəqlərə düzməklə təskinlik tapırlar. Bilmirəm bu həsrət dolu misralar nə vaxta kimi davam edəcək, bildiyim odur ki, bunun bir sonu var. Bir də bildiyim odur ki, bir milyondan çox Azərbaycanlı soydaşlarımız öz tarixi ata-baba yurlarına qovuşacağı günü səbirsizliklə gözləyir. Nizami Şahgəldiyev (Nizami Qərib)-də Göyçə mahalının yetirdiyi yazarlardandı. O, 1972-ci ildə Göyçə mahalının Güney kəndində dünyaya göz açıb. Uşaqlığı dağların füsunkar gözəlliyini, Göyçə gölünün sonalarını seyr etməklə keçmiş Nizami Qərib, yetkinlik yaşına çatmamış o gözəlliklərdən məhrum olundu. Gəncə şəhərinə pənah gətirən Nizami Qərib ali məktəbini başa vurduqdan sonra, bir çox dövlət orqanlarında qulluq etdi. Ancaq heç bir vəzifəsi, onun Göyçə həsrətini unutdura bilmədi. Bu ayrılıqla barışmayan Nizami bir çoxları kimi qələmə sarılmaqla təskinlik tapmağa çalışdı. Tapdımı? Bunu ancaq ağrılı-acılı şeirlərin müəllifi olan Nizami Qərib bilər. O şeirlərin ağrısını, həsrətini isə oxucuları…
Eltun Türkel
PERİK-PERİK OLUB, SƏPƏLƏNMİŞİK.
Amansız sellərin yuyub getdiyi,
Qarğalar köksünü oyub getdiyi,
Ulu babaların qoyub getdiyi,
Dağ idik, bölünüb təpələnmişik
Perik-perik olub, səpələnmişik.
Kəsdi yolumuzu hey çiskin, duman,
Vətənə getməyə vermədi aman.
Bir dəniz olsaq da, biz zaman-zaman,
Ayrı sahillərə ləpələnmişik,
Perik-perik olub, səpələnmişik.
Nizami, de nə vaxt qəlbən gülmüşük?
Vədəsiz alışıb, yanıb sönmüşük.
Dost deyib düşmənə arxa dönmüşük,
Odur ki, kürəkdən qəlpələnmişik,
Perik-perik olub, səpələnmişik.
Nizami Qərib.
10.01.2020
BU GÖYÇƏLİ GÖYÇƏSİZİN
Yandı bağrı, külə döndü,
Qərib ömrü yelə döndü,
Göz yaşları selə döndü,
Bu, Göyçəli Göyçəsizin.
Açılacaqdırmı zülməti,
Oyanacaqdırmı milləti,
Bitəcəkdirmi zilləti,
Bu, Göyçəli Göyçəsizin.
Otuz illik ayrılıq çox,
Təsəllilər ox oldu, ox.
“Atətlərə” ümidi yox,
Bu, Göyçəli Göyçəsizin.
O dağlara qəmli baxıb,
Kiprikləri nəmli baxıb.
Yuxuları ərşə çıxıb,
Bu, Göyçəli Göyçəsizin.
Könlü viran qəlbi kədər,
Dərd olarmı bir bu qədər.
Hər günü ilə bərabər,
Bu, Göyçəli Göyçəsizin.
Qəlbdə yanır həsrət odu,
Söndürəmmir qohum-yadı,
Nizamidir, bilin adı,
Bu, Göyçəli Göyçəsizin.
Nizami Qərib.
11.01.2019.
Lənət
Sənin əzəl gündən yurdun olmayıb,
Topxanan olmayıb, ordun olmayıb,
Zəhərli bitkisən, sortun olmayıb,
Tumunu dünyaya atana lənət.
Küldə eşələnən ocaq itisən.
Arxadan hürüyən bucaq itisən.
Yaxşı əhilləşmiş qucaq itisən,
Ay sənin ipini tutana lənət.
Hər gün ar itirib, namus itirib,
Ömrünü şərəfsiz kimi bitirib.
Murdar əllərinlə külüng götürüb,
Qazdığın qəbirdə yatana lənət.
Göz dikdin elimə, qəlbim köz oldu.
Neçə payız ötdü, neçə yaz oldu.
Vallah dediklərim bir az az oldu,
Erməni anana, atana lənət.
Nizami Qərib.
12.02.2019
SIZLAYAN KAMANIM AĞLIYAN SAZIM
Ömrün baharını yelə veribsən,
Haqsızlıq görübsən, zülüm görübsən.
Yoxsa mənim kimi sən də qəribsən,
Sızlayan kamanım, ağlayan sazım?
Namərd bazarında mərd ortağımsan,
Səs-küylü dünyada fərd ortağımsan,
Gecə də, gündüz də dərd ortağımsan,
Sızlayan kamanım, ağlayan sazım.
Nizami, hissini gətirmə dilə,
Göyçə ağrısına döz bilə-bilə,
Ağla Ələsgərə, ağla Habilə,
Sızlayan kamanım, ağlayan sazım.
Nizami Qərib.
23.01.2020.
ŞƏHİDLƏR.
Vətənin adını uca tutdunuz,
Tarix adınızı silməz, Şəhidlər.
Elə bir məqama gedib çatdınız,
Qürurlu, yenilməz, ölməz, Şəhidlər.
Bayrağa qatıbdır qanınız rəngi,
Şikəstə bəs edər, çaldıraq cəngi.
Bir əlində Quran, birində süngü,
Qorxunu tanımaz, bilməz, Şəhidlər.
Xalqın qan yaddaşı, tarixi sizsiz,
Günəşdən süzülən, işığı sizsiz.
Yaşlısı, cavanı, uşağı sizsiz,
Azadlıq yolundan dönməz, Şəhidlər.
İyirmisi yanvarda bir tarix yazdız,
Qan ilə qar üstə dür tarix yazdız,
Ocaq tarix yazdız, pir tarix yazdız,
Məşəli əbədi sönməz, Şəhidlər.
Halaldır südünüz, pakdır zatınız,
Yeddinci qatdadır, sizin qatınız.
Nə qədər yaşayır şəhid adınız,
Düşmənin ürəyi gülməz, Şəhidlər
Nizami Qərib.
09.05.2019
TÜRKÜN TARİXİ VAR, TÜRKƏ YARAŞMAZ
Bu qədər ayrılıq, hicran olarmı,
İgid də vətəndən ayrı qalarmı,
Kövrəlib yurdunu yada salarmı,
Yenilmək sözüylə əsla barışmaz,
Türkün tarixi var, Türkə yaraşmaz!
Adını ucaldaq, Şah İsmayılın,
Qalıb tufanından meh, İsmayılın.
Vallah ruhu çəkir ah, İsmayılın,
Bütöv Azərbaycan hanı, soruşmaz?
Türkün tarixi var, Türkə yaraşmaz!
Koroğlu qır atı sürər döyüşə,
Haqq üçün canını verər döyüşə.
Türk təkbaşına da girər döyüşə,
Düşmən, qarşısında həddini aşmaz,
Türkün tarixi var, Türkə yaraşmaz!
Dünyanı titrədər igid Teymurləng,
Quş uçmaz, Çingizxan, çaldıranda cəng.
Türk qartal, Türk aslan, Türk qurd, Türk pələng,
Tülkünün, çaqqalın önündən qaçmaz,
Türkün tarixi var, Türkə yaraşmaz.
Nizami, yol açıb yurda gedək biz,
Düşmənin bağrını oyaq, didək biz.
Vardenis adını Göyçə edək biz,
Göyçəgölə “sevan” adı yapışmaz,
Türkün tarixi var, Türkə yaraşmaz.
Nizami Qərib.
25.07.2019
VƏTƏNƏ HƏSRƏTƏM YURDA HƏSRƏTƏM
Dövran bəd gətirdi, zaman dəyişdi,
Dəyişməz sifətlər yaman dəyişdi.
Dinimiz yerində, iman dəyişdi,
Tülkü dünyasında, qurda həsrətəm,
Vətənə həsrətəm, yurda həsrətəm.
Dağların küləyi səsləyir məni,
Sanki addım-addım izləyir məni.
Yarpızlı bulaqlar gözləyir məni,
Buzlu sularına burda həsrətəm,
Vətənə həsrətəm, yurda həsrətəm.
Nizami əvvəlki avazda deyil,
Əlacı nə qışda, nə yazda deyil.
Dədə Ələsgərim, tək sazda deyil,
Kamanda həsrətəm, tarda həsrətəm,
Vətənə həsrətəm, yurda həsrətəm.
Nizami Qərib.
12.01.2020.
ÇƏKƏNMİRƏM VƏTƏN OĞLU.
Vətən dərdim, el dərdim var,
Bülbül dərdim, gül dərdim var,
Göyçə adlı göl dərdim var,
Çəkənmirəm Vətən oğlu.
Çöl qəlbimin ah-naləsi,
Solub gedib al laləsi.
Kürəyimdə qəm şələsi,
Çəkənmirəm Vətən oğlu.
Ay Nizami, mərd adını,
Boz qurd olub qurd adını,
Yurdsuz ikən yurd adını,
Çəkənmirəm Vətən oğlu.
Nizami Qərib.
03.01.2020.