“Uşaq kitab karvanı bölgələrdə” adlı tədbir keçiriləcək

Oktyabrın 22-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi “Uşaq kitab karvanı bölgələrdə” adlı tədbir keçiriləcək.

Silsilə tədbirlər, Zərdab, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, Yevlax, Bərdə və Tərtərdə reallaşacaq.

Kitab karvanında uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın iştirakı və imzalı görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Tədbir çərçivəsində, Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin (MKS) uşaq şöbələrinə, Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, müxtəlif nəşriyyatlar tərəfindən uşaq kitabları hədiyyə olunacaq.

Qeyd edək ki, 2011-ci ildən bu günə qədər davam edən layihə çərçivəsində, 33 rayona 26 mindən çox kitab hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.