”Uşaq ədəbiyyatında keçən ömür” adlı onlayn görüş

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı  AYB-nin Gəncə bölməsinin məsləhətçısı, şair, publisist, uşaq ədəbiyyatında öz dəstixətti olan Aləmzər Əlizadənin doğum günü ilə əlaqədar “Uşaq ədəbiyyatında keçən ömür” adlı onlayn görüş təşkil edib.

Filialın böyük kitabxanaçısı Günel Əliyeva tədbiri açıq elan edərək, yubilyarın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.Tədbirə bir çox uşaq yazıçıları dəvət olunmuşdu. İlk öncə çıxış uşaq yazıçısı şair, nasir AYB-nin üzvü, AJB-nin üzvü Qəşəm İsabəyliyə verildi. Qəşəm müəllim Aləmzər xanımın zəngin yaradıcılığından söhbət açaraq, onun əsərlərinin əsas qayəsi xarakterində uşaqlara məxsus kövrək cizgilərin olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, yumor duyğusu olmasını qeyd etdi.

Uşaq ədəbiyyatında yetərincə tanınan Həsən bəy Zərdabi mükafatçısı, AYB-nin üzvü, AJB-nin üzvü Gülzar İbrahimova da öz növbəsində Aləmzər xanımın uşaqların estetik tərbiyəsində rolundan danışaraq, yaradıcılıq uğurları arzuladı. AYB-nin əməkdaşı, Prezident təqaüdçüsü, şair, publisist Güləmail Murad yubliyarın şeirlərinin zənginliyindən bəhs etdi və Aləmzər xanımın şeirlərini səsləndirdi.

Azərbaycan uşaq yazıçısı şair, tərcüməçi, publisist Sevinc Nuruqızı Aləmzər yaradıcılığının uşaq aləminə nüfuz edərək, onların daxili zövqünü sətirlərə yansıtdığını qeyd etdi. Gəncə AYB-nin üzvü şair Sahib İbrahimli şairin uşaqlıq illərindən xoş təəssüratlarını bölüşdü və gözəl şeir səsləndirdi.

Teatrşünas, tənqidçi Anar Bürcəliyev Aləmzər xanımın bir çox müsahibələrindən söhbət açaraq qeyd etdi ki, onun şeirlərini oxuduqda sanki insan uşaqlaşır, gözəl uşaqlıq hisslərinə qapılır.Bu da onun təzahürüdür ki, yazıçı uşaq aləmini dərindən duya bilmək bacarığına malikdir.

Tədbirdə digər qonaqlar Abdülrəhmanova Fidan AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü, Şair, publisist Eltun Türkel, AYB-nin üzvü, AJB-nin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist İradə Aytel, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin öz növbələrində şairin doğum gününü təbrik edərək, yaradıcılıq uğurları dilədilər. Tədbirin davamında kitabxananın fəal oxucuları şairin “Mən küsmüşəm anamdan”, “Krosvord”, “Tezcə sağal”, “Azərbaycan Qarabağ”, “Güllərə çaldım”, “Qoğal” və s. şeirlərini səsləndirdilər.

Sonda Aləmzər xanım kollektivimizə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.