Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncəyə səfər ediblər.
Etmtv.news xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər müşayiət edib.
Onlar Ermənistanın müharibə zamanı Gəncə şəhərində törətdiyi cinayətləri ilə yaxından tanış olmaq məqsədilə ilk olaraq oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Orada nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.