“Unutmadığımız qəhrəman obrazlarının müəllifi” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir

Martın 12- də Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi Gəncə şəhər Mərkəzi kitabxananın Oxu zalı ilə birlikdə Azərbaycanıın tanınmış yazıçısı Əlfi Qasımovun anım günü münasibətilə Zoom proqramı vasitəsilə  “Unutmadığımız qəhrəman obrazlarının müəllifi” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova, Sair Aləmzar Əlizadə, Əlfi Qasımovun bacısı Etibar Qasımova, qızı Gülnar Verdiyeva, qardaşının həyat yoldaşı Fərqanə Qasımova , qardaşı gəlini Lamiyə Qasımova, Cənubi Azərbaycandan Körpü jurnalının redaktoru, şair Səxavət İzzəti, Cənubi Azərbaycandan şair tənqidçi Məhəmməd Çalqın və  kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

Onlayn konftansı Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri şair-dramaturq Xəzangül Hüseynova tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və Əlfi Qasımovun yaradıcılığından ətraflı danışdı. Sonra Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzı Fəridə Qədimova cıxış edərək Ə. Qasımovun məhşur romanlarından və onların insan həyatındaki rolundan bəhs etdi. Mərkəzi kitabxananın Oxu zalının kitabxanaçısı Tərifə Abbasova öz növbəsində qeyd etdi ki, Ə. Qasımovun “Məni qınamayın” povest və hekayələr kitabı, “Adilənin taleyi” və “Qızburunda tək məzar” əsərləri ona daha çox populyarlıq gətirmişdir.

Sonda Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şairə – dramaturq Xəzangül Hüseynova və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Qədimova tədbirin rəngarəngliyini xüsusilə vurğiladılar və Əlfi Qasımovun bacısı Etibar Qasımovaya, qızı Gülnar Verdiyevaya tədbirdə  iştirakını  və  qonaq  qismində tədbirdə yer alan Cənubi Azərbaycan şairlərininin iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək, bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdilər.

İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğulayıblar. Tədbirdə yazıçının ömrünün müxtəlif anlarını əks etdirən foto – görüntü nümayiş etdirilmişdir.

Sonda yazıçının qızı Gülnar Verdiyeva tədbiri ərsəyə gətirənlərə, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynovaya, kitabxananın əməkdaşı Tərifə Abbasovaya atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə təşəkkür etmiş, yazıçı ilə bağlı xatirələrini danışmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.