Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-dən başlanan Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri uğurla davam etdirilir.
Həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda-idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılaraq təlimlərin planına əsasən qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirlər.
Ötən ildən başlayaraq “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan ölkəmizin aparıcı və potensial gücə malik ali məktəblərindən biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 20 min nəfərlik kollektivi yenə də bu vətənpərvər təşəbbüslərini davam etdirir.
UNEC-dən Trend-ə bildirilib ki, koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq, bu dəfə UNEC kollektivi onlayn formada Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
Ötən ildən başlayaraq “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan ölkəmizin aparıcı və potensial gücə malik ali məktəblərindən biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 20 min nəfərlik kollektivi yenə də bu vətənpərvər təşəbbüslərini davam etdirir.
Koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq, bu dəfə UNEC kollektivi onlayn formada Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin iştirakçısı polkovnik Şükür Həmidov UNEC kollektivinə növbəti nəcib təşəbbüsə görə bütün təlim iştirakçıları adından minnətdarlıq edərək deyib: “Ordumuz nəinki tank, zirehli texnika, müxtəlif çaplı raket-artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, ordu və cəbhə aviasiya vasitələri, kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatları, eləcə də qədirbilən xalqımızın sevgisi, məhəbbəti ilə silahlanıb. Təlim meydanlarında bizə ruh, güc-qüvvət verən məhz bu sevgidir. Bu sevgi ilə də biz müqəddəs döyüşlərə atılacaq xalqımıza böyük qələbənin sevincini də yaşadacağıq”.
Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani müəllim və tələbələrin suallarını cavablandırıb və onun təqdimatı ilə təlim iştirakçılarının bir qrupu UNEC kollektivi ilə onlayn əlaqəyə qoşulublar.
UNEC-in tələbələri, Yaradıcılıq Mərkəzinin üzvləri Yusif Cəfərlinin, Aslan Əzimzadənin ifa etdiyi “Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” marşı ilə onlayn görüş başa çatıb.
UNEC-in Azərbaycan Ordusuna mənəvi dəstək layihəsi çərçivəsində tədbirlər davam edir.