Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

“Azərbaycandan sənaye transformatorları və elektrik generatorlarının ilk partiyası artıq Ukraynaya çatıb və Rusiyanın hava hücumlarından ən çox zərər çəkmiş rayonlara yola düşüb”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.O qeyd edib ki, bu yardım indi son dərəcə vacibdir, çünki Ukraynanın mülki əhalisi və mühüm infrastruktur obyektləri davamlı olaraq atəşə tutulur.
“Dəstək və köməyə görə dost Azərbaycanın rəhbərliyinə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!”, – deyə səfir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.