Ukrayna azərbaycanlı qardaşlardan danışır – Körpə uşağı və gənc ailəni ölümdən xilas etdilər

Ukraynanın Nikolayev şəhərində 19 yanvar saat 19:00 radələrində ağır yol qəzası baş verib.

Şəhərin “İnqul” mehmanxana-kafesi yaxınlığında içərisində 20 ton günəbaxan tumu olan “MAN” markalı maşınla “Kio Sorento” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili 40-50 metr kənarda olan xəndəyə düşüb və yanmağa başlayıb. Yük maşınında olan 20 ton günəbaxan tumu isə yola tökülüb.

Ərazidə çoxlu sayda maşın olsa da yanan maşından yaralıları çıxarmağa heç kim risk etməyib. Həmin vaxt ərazidən keçən azərbaycanlı qardaşlar – Umud və Sabir Şirinovlar yanan maşında ağlayan uşaq səsi eşidiblər. Dərhal avtomobilə yaxınlaşan qardaşlar həyatlarını riskə ataraq çətinliklə də olsa, əvvəlcə uşağı, sonra isə anasını və atasını avtomobildən çıxararaq oradan uzaqlaşdırıblar. Onlar gənc ailəni yanan maşından xilas etdikdən bir az sonra isə avtomobildə güclü partlayış olub.

Priexvli ailəsi xilas ediləndən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Şirinov qardaşları dərhal təcili yardım maşını ilə yaralıları xəstəxanaya çatdırıblar. Xoşbəxtlikdən uşaq xəsarət almasa da, gənc ana və atası bədənlərinin müxtəlif nahiyələrindən yaralanıblar. Şirinov qardaşları bu günə qədər ailəyə yardım göstərirlər.

Qeyd edək ki, qəhrəmanlıq göstərən Şirinov qardaşları Ukrayna Azərbaycanlıları Konqresinin üzvləridilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.