Türkmənistanın paytaxtı Aşqabadda Ticarət və Sənaye Palatasının sərgi mərkəzində XIII Beynəlxalq kitab sərgi-yarmarkası və “Kitab -əməkdaşlıq və tərəqqi yoludur” adlı konfrans keçirilib.
Kitab forumunda 20 ölkədən 70-dən çox iri şirkətin nümayəndəsi iştirak ediblər.
Görkəmli mədəniyyətşünaslar, çap sahəsində çalışan mütəxəssislər, ədəbiyyatşünaslar və yazıçıların dəvət olunduğu sərgi və konfransda Azərbaycanı “Şərq-Qərb” və “LitterPress” nəşriyyatı təmsil edib.
Stendlərdə bədii ədəbiyyat, uşaq nəşrləri, lüğətlər, incəsənət haqqında yeni çoxcildlik, dərsliklər təqdim olunub.
XIII Beynəlxalq kitab sərgi-yarmarka və “Kitab-əməkdaşlıq və tərəqqi yoludur” konfransının rəsmi bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib.
Xatırladaq ki, 2019-cu il Müstəqil Dövlətlər Birliyində “Kitab ili” elan olunub.