Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.
Növbəti seminar Ege Universitetinin professoru Hatice Özaktan tərəfindən “Bitki xəstəlikləri ilə bioloji mübarizədə yeni yanaşmalar”mövzusunda təşkil olunub.
Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.