Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulluğunda görüş keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov və idarənin məsləhətçiləri Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürklə görüş keçiriblər.

Görüşdə müasir Azərbaycanın memarı qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövründə “Bir millət iki dövlət” olan Türkiyə ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığından, ictimai-siyasi mədəni əlaqələrindən danışılmışdır.

Səmimilik şəraitində keçən görüşdə Gəncəli Cavad xandan, II Qarabağ Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun erməni əsirliyində olan torpaqlarımızın işğaldan azad olunmasından danışılıb. Görüşdə 44 gün çəkən Vətən müharibəsində qardaş Türkiyənin dəstəyi də xüsusi vurğulanıb.

Söhbət zamanı həmçinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elanı olunmasından, bununla bağlı Gənə Regional Mədəniyyət İdarəsinin keçirdiyi tədbirlərdən eləcə də görkəmli Azərbaycan şairi, gözəl rübailər ustası, şahmatçı qadın, qədim “Cəng” musiqi alətinin mahir ifaçısı Məhsəti Gəncəvidən də söhbət açılıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncəli Cavad xanın kiçik ölçüdə heykəlini (müəllif gəncəli heykəltəraş Qasım Qasımov) Baş Konsul Zeki Öztürkə hədiyyə etmişdir.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk tarixi dostluğumuzu, qarşılıqlı səmimi münasibətlərimizi əks etdirən görüşdən razı qaldığını bildirmiş, regional idarənin rəisi Vasif Cənnətova minnətdarlıq etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.