Trece Company şirkətinin nümayəndələri ADAU-da

Amerikanın Oklahoma ştatında yerləşən Trece Company şirkətinin rəhbəri Bill Lingrenin və başçılıq etdiyi nümayəndə heyəti USAİD-in Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Trece Company şirkətinin rəhbəri  Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib.

Daha sonra qonaqlar universitetin Aqronomluq fakültəsində gənc alim və mütəxəssislərlə görüşərək, Trece Company şirkəti barədə təqdimat keçiriblər.

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.