Tibb Universitetində yeni şöbə yaradılıb

Azərbaycan Tibb Universitetinin nəzdində Tibb təhsili və innovasiya şöbəsi yaradılıb.

ATU-dan veriulən məlumata görə, şöbənin müdiri vəzifəsinə universitetin yetirməsi Aynur Orucova təyin olunub.

Qeyd edək ki, Tibb təhsili və İnnovasiya şöbəsi yeni yaradılmasına baxmayaraq, artıq tam gücü ilə fəaliyyət göstərir. Şöbənin üzərinə düşən vəzifələrin ən başlıcası dərslərin yeni hazırlanma metodikaları, müəllim və tələbə yerdəyişməsində dəyişikliklər, interaktiv proqramlar, tələbələrdə analitik düşüncə və peşəkarlığın inkişaf etdirilməsi, mühazirələr, təcrübə və simulyasiya dərslərinin keyfiyyətinin yüksəldilməsinə nail olmaq və digər məsələlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.