Teatrşünas-tənqidçi Anar Burcəliyev fevralın 9-da keçiriləcək növbədənkənar Milli Məclis seçkilərinə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Bu barədə Anar Burcəliyev özünün facebook səhifəsində məlumat verib.
“Əziz dostlar !!!
37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən sərbəst qaydada altıncı çağırış Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyim irəli sürülərək, imza toplama kompaniyasına başladıq.
İnanıram ki, doğma Gəncəmi və mənə etimad göstərən hər bir seçicimin etimadını doğruldacaq, fəaliyyətim müddətində onların yanında olacam.
Xeyirli-uğurlu olsun.”- məşhur teatrşünas sosial şəbəkədə paylaşdığı xəbərdə qeyd edib.
Çox sevindim ki, ziyalılar ailəsində böyümüş və hər bir insana fərdi yanaşan , dərdinə xüsusi əlindən gələni edən, kiçikdən-böyüyə vicdanla hər sahədə tənqidi və real fikirləri ilə yanında olan Anar Burcəliyev kimi insan belə bir addım atıb. Nəyin ki, tanışlarına, eləcə də Azərbaycan Respublikasının hər bir vətəndaşlarının haqqlarını qoruyacağına inanıram! Xeyirli-uğurlu olsun . Amin.