44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Ordusunun müharibə metodları-planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi baxımından – yeni nəsil müharibə üsulu idi.
Erməni quldurlarının 30 ildir ki, əsarətdə saxladığı torpaqlarda istehkamların yarılıb keçilməsində, addım-addım minimum canlı qüvvə itkisi ilə Ordumuzun irəliləməsində və işğaldan azad olunmuş hər bir parça Vətən torpağında şanlı bayrağımızın dalğalanmasında böyük əmək, planlanmış strategiya və ciddi əlaqələndirilmiş mərkəzi komandanlığın əzmi var idi. Azərbaycan əsgəri özünə verilən hər tapşırığın icrasını canı-qanı bahasına yerinə yetirir və ən yüksək mənəvi keyfiyyətlərə malik Ordu kimi müharibəni peşəkarcasına ancaq əli silah tutan və ölkəsinin ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan şəxslərə qarşı aparırdı.
Azərbaycan Ordusu gələcək nəsillərə qələbə salnaməsi və qələbə marşı miras qoydu.
Azərbaycan Ordusu öz dövlətinin yeni tarixini yazdı. Müzəffər ordumuz 44-günə Azərbaycan xalqına ən şərəfli anları yaşayıryaşatdı. Bu günlərdə tarixi ədalət bərpa oldu. Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa etdi. Rəşadətli Azərbaycan Ordusu bütün torpaqlarımızı öz sahibinnə qaytardı.
Qəhrəman qardaşlarımızın şücaəti ilə bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır.
Qarabağ Azərbaycanımızdır!
Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Qarabağ yenidən həyata qayıdacaq.
Bu gün Azərbaycanın şanlı ordusu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun əldə etdiyi bugünkü uğurunun səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Qalibiyyətimiz Ali Baş Komandanımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir.
Sonda bir daha vurğulamaq istərdim ki, güclü iqtisadiyyatı, qüdrətli Ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə tariximizə yeni səhifə yazdı. Azərbaycan işğalçı Ermənistana böyük zərbə vuraraq, onun kimliyini dünyaya bir daha göstərdi. Bu qələbəni xalqımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandı. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə-Qarabağa yol alırıq. Bundan sonra bizlər Qarabağımızın inkişafı üçün, Qarabağda yenidən körpələrimizin gülüş səslərinin eşidilməsi üçün çalışmalı və bu istiqamətdə var gücü ilə çalışan ölkə başçımıza dəstək olmalıyıq.
Möhtərəm cənab Prezident İlham Əliyev!
Azərbaycan xalqına bəxş etdiyiniz şərəf və qürur hislərinin yaşanmasında sizin əvəzedilməz zəhmətinizin olduğunu dərk edirik.
Azərbaycan xalqı sizinlə qürur duyur!
Siz ordumuzun önündə dayanan qətiyyətli, qorxmaz, vüqarlı sərkərdəsiniz!
Cavadxan Əliyev,
Şəmkir RİH-nin məsul əməkdaşı.