Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər 6saylı Gənclər kitabxana filialı 06.10.2021-ci il tarixində sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” başlığı altında II Qarabağ müharibəsində iştirak edən qazilərdən Valeh Səfəraliyev və Həsən Cəfərovla onlayn görüş keçirdib.
Tədbiri açıq elan edən 6 saylı Gənclər kitabxanasının böyük kitabxanaçısı Xəyalə İsmayilova tədbir istirakçılarını salamlayaraq 44 gunlük vətən müharibəsi haqqında məlumat verdi. Tədbirdə iştirak edən müharibənin odlu alovlu yollarından keçmiş qazi Valeh Səfəraliyevə və qazi Həsən Cəfərov iştirakçılara keçdikləri döyüş yolundan və Azərbaycan əsgərinin torpaqlarımızı düşmənlərdən necə azad etdiklərindən söhbət açdılar
Görüşdə iştirak edən 6 saylı Gənclər kitabxanasının müdiri Məryəm Məmmədova, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev və Gəncə şəhər Mərkəzləşdirilmis Kitabxana sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış ederək bildirdilər ki, tarixə qızıl hərflərlə yazılmış vətən müharibəsi Azərbaycan ordusunun zabit və əsgərlərinin canı-qanı bahasına başa gəldi. Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçərək, düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Tədbir Gəncə Dövlət Dram Teatrının əməkdar aktirisası Rəhilə Məmmədovanın ifasında şair Tofiq Bayramın “Azərbaycan deyəndə” seiri ilə sona çatdı.