Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxana sistemi şəhid ailəsi ilə “Tarix yazan qəhrəmanlar adlı “görüş keçirtdi.
27 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi kitabxana sisteminin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı , Vətən müharibəsinin şəhidi Şuşa fatehi Şəhid Məmmədzadə Elvinin ailəsi ilə “Tarix yazan qəhrəmanlar” “Şəhidimiz Elvin” adlı görüş keçirildi.
İlk öncə Şəhidin məzarı ziyarət olundu. Bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözüylə Samux MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Telli açaraq, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan Şuşa fatehlərindən olan igid Şəhidimiz Elvinin Vətən müharibəsində etdiyi qəhrəmanlıqlardan söz açdı.
Şəhid anası Məmmədzadə Şəfəq ana Şəhidimiz Elvin haqqında onun məktəb illərindən Vətən müharibəsinə qədər keçdiyi həyat yolundan danışdı.
Elvin Məmmədzadə 1996-ci il noyabrın 22-də Samux rayonunda anadan olub. 2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ai Hərbi Məktəbində(AAHM) ali hərbi təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.
Leytenant Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli ,Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı igidcəsinə şəhid olub!
Prezidentimiz Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Elvin Məmmədzadə ölümündən sonra “Azərbaycan Bayragı” ordeni ilə təltif edilib.