Tanınmış teatrşünas-tənqidçi bədnam psixoloqun fikirlərinə kəskin münasibətini bildirdi

Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım  sosial şəbəkələrdə atdığı addımla azərbaycanlıların nifrətini öz üzərinə çəkib. Nərmin Şahmarzadə milli qəhrəmanımız və qürur yerimiz olan Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb.

O, sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır:

“Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Bu da azmış kimi bu xanım ermənilərə xüsusi simpatiyasını əks etdirib. Sosial şəbəkələrdə onlarla yazışıb.
Nərmin Şahmarzadə daha sonra video paylaşaraq, erməniləri özünə düşmən hesab etmədiyini söyləyib və bununla da, izləyiciləri daha da qəzəbləndirib.

Nərmin Şahmarzadənin öz xalqına  nifrət dolu bu paylaşımı Respublika ictimaiyyəti arasında böyük narazılığlara səbəb olub. İnsanlar onun bu fikirlərinə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində kəskin reaksiyalar verməkdədirlər.

-“ Onun özü cinayətkardır, düşməndir, vətən xainidir, ruhi xəstədir.”- Bu sözləri Resbublika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov  Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında aşağılayıcı fikirlərini şərh edərkən deyib.

– “Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanıdır, Azərbaycanın fəxri və qürurudur. Onun fikirlərinə hüquq-mühafizə orqanları biganə qalmamalıdır. Həmin adam haqqında  qanunla ciddi ölçü götürülməlidir. Onun fikirləri cinayət tərkibli fikirlərdi. Milli Qəhrəmanımız barədə aşağılayıcı ifadələr işlədən cəzasını almalıdı. Milli Qəhrəman ilk növbədə şəhiddir, vətən uğrunda canını verib. Milli Qəhrəmanın ünvanına təhqiramiz ifadələr  işlətmək cinayətdir”.- millət vəkili qeyd edib.

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev də  öz facabook şəxsi səhifəsində məsələyə münasibətini kəskin şəkildə bildirərək yazıb. Onun fikirlərini olduğu kimi təqdim edirik.

– “Hansısa bir erməni nəcisindən əmələ gələn, psixologiyadan xəbəri olmayıb, “psixoloqam” deyən Nərmin Şahmarzadə adlı şərəfsiz! Millətimin qan yaddaşına, qüruruna və heç nə ilə əvəz oluna bilməyən ŞƏHİDİMƏ, onun nuruna heç zaman əl uzatmağa cəhd  etmə! Çünki sən arın və namusun, eləçə də böyük bir zirvə olan ŞƏHİDLİK ZİRVƏSİNİN nə demək olduğunu anlaya bilməzsən. Anlamış olsaydın, bu gün belə bir ağlasığmaz, gərəksiz və lüzumsuz müqayisələrinlə gündəmə gəlməyi düşünməzdin. Sənin özünün belə, bu gün bir azərbaycanlı övladı olmağın artıq böyük bir şübhə altında. Tariximə əl və dil uzatma. Yoxsa əlin və dilin bir dəfəlik kəsilər. Sənsə. mənim qürur yerim, ŞƏHİDİM – MÜBARİZİM, bağışla, bağışla bizləri! Ruhun hər zaman şad olsun! Millətini millət olaraq, üç rəngli VƏTƏN BAYRAĞINI bayraq olaraq tanıdan, ŞƏHİDİM, qürurum mənim. – hörmətli teatrşünas bildirib.”

EtmTV . news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.