Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə tələbələr universitetlərə qayıdıb.
Bu barədə “Reuters” agentliyi yazıb.
Agentlik qeyd edir ki, bəzi universitet auditoriyalarında qadın və kişi tələblər arasında pərdə asılıb, bəzilərində lövhələr yerləşdirilib, digərlərində isə ümumiyyətlə ayrı-ayrı otaqlarda dərslər keçirilib.
Qeyd edək ki, taliblər daha əvvəl qadın hüquqlarının İslam dininin qanunlarına uyğun olaraq qorunacağına dair təminat verib.