ADAU-nun müəllim-tələbə heyəti sosial şəbəkələrdə aktivliyi ilə seçilən vahid bir kollektivdir. Demək olar ki, hər həftə onların xoş sədaları gəlir. Bu, adətən kollektivin gördüyü işlər və əldə etdiyi uğur və nailiyyətlərə həsr olunur. Sosial şəbəkələr vasitəsilə onlar öz istək və arzularını bölüşür, uğurları ilə fəxr etməklə universitet həyatının ən maraqlı, yaddaqalan məqamları haqda oxuculara məlumatlar verirlər. Hərdən çağırışlar da olur. Bu çağırışlar onların arzu və istəklərinin ifadəsidir. Onlardan birini sizlərə təqdim edirik:
“Hörmətli yoldaşlar, sizi Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərova səs verməyə dəvət edirəm!
Bildiyiniz kimi, İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq rəhbərlik etdiyi universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm xidmətlər göstərən, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsinə çalışan ali təhsil müəssisəsi rəhbərini müəyyən etmək üçün “İLİN REKTORU” sorğusunu başladır.
İbrahim Cəfərov universitetimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hər gün çalışır, yorulmaq nə olduğunu bilmir. O, həm ölkə daxilində həm də ölkədən kənarda görüşlər keçirir və universitetimizin inkişafı istiqamətində böyük işlər görür. Rektorumuzun fəxrlə danışılası digər işi isə tələbələrin sevgisini, hörmətini qazanmağıdır. İbrahim müəllim tələbələrin tək rektoru deyil, o, həm də tələbələrin dostudur, yoldaşıdır. Müəllim hərbir çıxışında bunu qeyd edir. Rektorun ən çox sevilən tərəfi isə vətəninə, dövlətinə öz Prezidentinə sədaqətli olmasıdır. O, cənab Prezidentimiz İlham Əliyevin sadiq əsgəridir, cənab Prezidentimizin siyasətini dəstəkliyir və bunu Aqrar Universitetində daima təbliğ edir.
Mən inanıram ki, səsvermədə nəinki tək Aqrar Universitetinin tələbələri, həmçinin digər universitetlərin tələbələri də ADAU-nun rektoruna səs verəcək!”
Ruslan Vəliyev, ADAU-nun 4-cü kurs tələbəsi.