Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olan layihələr onlayn şəkildə uğurla icra edilir.
Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumitəhsil kateqoriyası üzrə 1, fərdi kateqoriya üzrə isə 6 layihə qalib olub.
Ümumitəhsil kateqoriyası üzrə qalib olan layihə 24 nömrəli tam orta məktəbdə “Uğur üçbucağı” adı ilə icra edilir.Həmin layihədə Gəncə şəhərindən 6 ümumtəhsil məktəbi iştirak edir. Layihənin məqsədi ümumtəhsil məktəblərində səmərəli müəllim, şagird və valideyn əməkdaşlığı yaratmaqla, buraxılış sinif şagirdlərinin imtahanlarda yüksək nəticə əldə etmələrinə nail olmaqdır.
Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin müəllimi Mehriban Mahmudovanın rəhbəri olduğu “Könüllü Stemçi” layihəsi şagirdlərin əldə etdikləri nəzəri bilikləri gündəlik həyata tətbiq etmək bacarığını inkişaf etdirmək üçün müəllimlərin STEAM biliklərinə yiyələnərək məktəblərdə STEAM dərslərini tədris etməsi məqsədi daşıyır. Layihə müddətində STEAM təlim metodologiyaları, dizayn və mühəndislik, layihə əsaslı öyrənmə, 3D CAD modelləşdirmə və çap və mikrobitadlı təlimlər icra edilir. Layihənin yekununda Beynəlxalq olimpiadalarda Azərbaycanı uğurla təmsil edəcək şagirdlər yetişdirilməsi, Respublikada yeni olan STEAM metodunun təbliğinin artması, müəllimlərin STEAM mütəxəssisləri olaraq şagird istəyinin dinamikasına uyğun dərslər qurmaqları imkanı yaradacaq.
Gəncə şəhər 26 nömrəli məktəb-liseyin biologiya müəllimi Təbəssüm Əlizadənin rəhbərliyi ilə icra olunan “Metamorfoz” biologiya fənn müsabiqəsinə hazırlıq mərkəzi layihəsinin məqsədi biologiya fənninə marağı və istedadı olan şagirdlərə sistemli şəkildə biologiya fənn müsabiqəsinə hazırlaşmağa kömək etməkdir.
Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin müəllimi Rəşad Qədirov tərəfindən icra edilən “Təhsilimizin ulduzları” layihəsinin məqsədi Gəncə şəhərində beynəlxalq fənn olimpiadalarına hazırlıq qruplarına seçmə imtahanlarına, fənn müsabiqələrinə daha səmərəli hazırlığın təşkilidir. Layihə çərçivəsində olimpiada məşğələləri təşkil edə biləcək, bu sahədə əvvəlcədən təcrübəsi olan müəllimlərin müəyyən olunması, Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə riyaziyyat fənninə marağı olan VI sinif şagirdləri arasında seçim aparılması, bu şagirdlərə qarşıda duran vəzifənin, məqsədin aydın izah olunması, təyin olunacaq müəllimlərə qarşıda duran vəzifənin, məqsədin aydın izah olunması, təyin olunacaq müəllimlərə plan – proqramların, materialların təmin olunması, məktəblilər arası fənn müsabiqələrinin rayon mərhələsinə qədər həftədə bir neçə dəfə o məşğələlərin təşkil olunması və digər işlər görülür.
Bundan başqa fərdi kateqoriya üzrə qalib olan 6 layihə müvafiq olaraq M. Müşfiq adına 14 nömrəli tam orta məktəb, İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey, 7 saylı tam orta məktəb, N. Rəfibəyli adına 43 nömrəli tam orta məktəb və 26 saylı məktəb-liseyin müəllimləri tərəfindən hazırlanıb və hal-hazırda icra edilir.
Raminə Məmmədova, Gəncə şəhər
Təhsil İdarəsinin Məsləhətçisi.