“Bu gün Cimi kəndinin balaca qəhrəmanı Dəyanətlə görüşə getdik. Neçə gündür onunla görüşməyi planlaşdırmışdım. Nəhayət, bu gün baş tutdu”.
Etmtv. news AzEdu.az-a istinadən xəbər verir ki, bunu Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib.
“Əslində qəhrəmanların balacası olmur. Adı kimi dəyanətli olan bu balaca oğlan böyük bir qəhrəmandır. Həmkəndlisi 4 yaşlı Qızbikəni sel sularından xilas etməklə məktəb yoldaşlarına örnək olan, qızcığazın ailəsinə unudulmaz sevinc bəxş edən bu oğlan kənd camaatı tərəfindən böyük hörmət qazanıb dillər əzbəri olub”, deyə Rüfət Hacıyev bildirib.