Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq

Aprelin 6-da Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayacaq.

Etmtv.news “Report”a istinadən xəbər verir ki, ölkədə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 “Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.