Təhsil Nazirliyi müəllimlərin müraciətinə cavab verdi: Müsabiqədə uğur qazanmayanlar işdən çıxarılmır

Etmtv. news Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə bu məsələnin aydınlaşdırılması üçün müəllimlər tərəfindən də onlara müraciətlərin olduğunu söyləyib:

“Yerdəyişmə müsabiqəsi bir sınaqdır. Uğur qazanmadığı halda namizədin iş yerini itirməsi hüquqi cəhətdən düzgün deyil”.

M.Camalzadə əlavə edib ki, yerdəyişmə nəticəsində uğur qazanaraq yeni vakant yer tutan müəllim əvvəlki əsas iş yerini itirir:

“Sənəd qəbuluna baxdıqda da görürük ki, bizdə belə hallar olur. Bəzən namizədlər əsas iş yeri olaraq, müddətli əsaslarla işlədikləri müəssisənin adını qeyd etmək istəyirlər. Amma yerdəyişmə zamanı namizəd əsas iş yerini dəyişdirərək başqa əsas iş yerinə getməlidir. Başqa sözlə, müəllim müddətsiz əsaslarla işlədiyi bir müəssisədən başqa müəssisəyə iş yerini dəyişir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.