Təhsil Nazirliyi koronavirusla bağlı TAPŞIRIQ VERDİ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib.

Nazirliyin tapşırığında deyilir:

“Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumu təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi sizə tapşırılır.

– Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,

– Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,

– Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,

– Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,

– Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.